Futbolçu iki oyun oynamayacaq
İspaniya Futbol Federasiyası İntizam Komitəsi türkiyəli futbolçunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, “Barselona” ilə keçirilən Super Kubok matçında “Atletiko”nun futbolçusu Arda Turan hakimə narazıçılıq etdiyi üçün qırmızı vərəqə görüb. Bu vəziyyəti dəyərləndirən İntizam Komitəsi Ardanın hakimə qarşı qeyri-etik hərəkət etdiyini bildirib.
Buna görə də Arda iki oyunluq cəza alıb. O, cari mövsümdə İspaniya Super kuboku uğrunda keçiriləcək iki matçı buraxmalı olacaq.
saytlarin hazirlanmasi