Con Toşak: " Bilirəm, Lənkəran əhalisi çox məyusdu"

20:57 - 31 Avqust 2013

"Bu, futbolçulara çox pis təsir edir"

 

“Artıq neçəndi görüşdür yaratdığımız çoxlu qol imkanlarından yararlana bilmirik. Bu da istənilən halda, futbolçulara çox pis təsir edir”.

 

Sportal.az xəbər verir ki, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.


“Ağ-yaşıllar” Premyer Liqanın V turunda da qələbəyə həsrət qaldı. Qəbələdə eyni adlı komandaya 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayan uelsli mütəxəssis məsuliyyəti yenə öz üzərinə götürüb.

“Qol vura bilməmək futbolçularda gərginlik yaradır. Bilirəm, Lənkəran əhalisi çox məyusdu. Nəticəyə baş məşqçi cavabdehdi. Mənim üçün də çox ağırdı, çünki rəhbərlik etdiyim komanda hazırda bu vəziyyətdədi. Günahı bir futbolçunun, Junior Nildonun üzərinə atmaq istəmirəm. Futbol komanda oyunudu və uğursuzluqda bütün komandanın günahı var” – deyə, Toşak bildirib.

Xatırladaq ki, “Xəzər Lənkəran” V turdan sonra qələbə qazanmayan yeganə komanda kimi turnir cədvəlinin sonuncu pilləsinə düşüb.
 

Xəbər xətti