"Elnur Allahverdiyev oynamaq istəmir" MÜSAHİBƏ

15:04 - 1 Sentyabr 2013

Con Toşak: "Komandanın sınma anı var, qol vura bilmirik"
 
Dünən "Xəzər Lənkəran" səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə məğlub olub.
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak isə oyunla bağlı bunları dedi
 
 
- Bu oyun haqqında fikirlərinizi bilmək istəyərdik.
- Biz oyuna yaxşı başladıq, kontrol əlimizdə idi. Rəqib də həyəcanlı idi.Əlimizə bir neçə  imkan düşdü ancaq qol vura bilmədik. Rəqib bizdən çəkinirdi.Sadə qol buraxdıq Başa düşmürəm rəqib futbolçu ortadan necə çıxıb qol vurdu Bu bizə pis təsir etdi , rəqib isə bizdən çəkinmədi artıq. 
 
- “Xəzər Lənkəran” nə vaxt normal hücumçu ilə oynayacaq?
- Müdafiədə də problem var. Bizim problemimiz hücumdadır.Komanda yaxşı oynayır. Oyunun axırına yaxın pis oynayırıq.Oynadığımız oyunlarda yaxşı qol vəziyyətimiz olub vura bilmirik Mən hansısa futbolçuları tənqid eləmədim. Nildonun bəxti gətirmir. Komandanın sınma anı var, qol vura bilmirik. 
 
- Elnur Allahverdiyevdən niyə əl çəkmirsiz? 
- Elnur məni məyus edir, Rasim də həmçinin. Onlar milli komandanın futbolçularıdır. Belə uşaq səhvləri edirlər. Həm də limit bizi çətinə salır.Elnur tam potensialını ortaya qoymur. O həvəssiz oynayır. Alternativ yoxdur deyə onlar tam öz oyunlarını oynamırlar. “Rəvan”dan qayıdan Tural daha da artırır, inkişaf edir. 
 
 
- “Xəzər Lənkəran” nə üçün stabil oynamır?
- Mən razıyam iki oyunu yaxşı oynamışıq. Bəzi oyunlarda isə zəif oynadıq. Oyunçuların fərdi səhvləri bizə baha başa gəlib. Bunun üzərində işləməliyik. Biz 9 rəsmi oyuna cəmi 3 qol vurmuşuq, bu pis nəticədir.
 
Qeyd: Müsahibəni götürərkən Sportal.az-a istinad zəruridir

Xəbər xətti