Toşakın Elnur planı

01:25 - 4 Sentyabr 2013

"Xəzər Lənkəran" hazırlıqlarına davam edir

 

Qəbələdə təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” dünən saat 10:00-da səhər məşqinə çıxıb.

Sportal.az xəbər verir ki, “Qəbələ” klubunun futbol akademiyasına məxsus meydançada baş tutan hazırlıq prossesində futbolçular toplu və topsuz çalışmalarla saatyarım məşğul olublar. 

Məşq zamanı baş məşqçi Con Toşakın hücum xəttində müəyyən dəyişikliklər tətbiq etmək cəhdləri diqqət çəkib. Belə ki, Toşak hücumçu mövqeyində daha çox Elnur Cəfərovu yoxlayır, gənc futbolçunun komanda yoldaşları ilə anlaşma qurması üçün xüsusi təlimlər keçib. Elnurun yarımmüdafiəçilərlə anlaşa bilməsinin qurulan hücumlarda önəmli olduğunu deyən uelsli çalışdırıcı ona növbəti oyunda start heyətində şans verəcəyini də dolasyısı yolla bildirib. 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın VI turu çərçivəsində sentyabr ayının 14-də “Bakı” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək.

 

12cioyuncu.info

Xəbər xətti