"Xəzər Lənkəran" təlim-məşq toplanışını davam etdirir

10:34 - 4 Sentyabr 2013

6 əsas heəyət üzvü məşqlərdə iştirak etmir

 

Azərbaycan Premyer Liqasının son turunun oyunundan sonra Qəbələdə qalan "Xəzər Lənkəran" bir günlük istirahətdən sonra məşqləri bərpa etdi.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların oyunu ilə əlaqədar ölkə çempionatında yaranan fasilədən istifadə edən "ağ-yaşıllar" qısamüddətli təlim-məşq toplanışı müddətində "Qafqaz Resort" otelində yerləşib. Con Toşakın yetirmələri məşqlərini "Qəbələ" FK-nun akademiyasının meydançalarında keçirir.

 

Qeyd edək ki, hazırlıq prosesinə komanda tam heyətlə cəlb olunub. Yalnız Azərbaycan millisinə çağırılan Rahid Əmirquliyev, Elnur Allahverdiyev və Rasim Ramaldanov, Makedoniya millisinə cəlb olunan Nikola Qliqorov, həmçinin Azərbaycanın U-21 millisinin üzvləri Orxan Sadıqlı və Ağabala Ramazanov beynəlxaq oyunlarla əlaqədar toplanışda iştirak edə bilmirlər. 

Xəbər xətti