"Xəzər Lənkəran"a şad xəbər

13:14 - 4 Sentyabr 2013

 Duqlas Leyte sıraya döndü
 
 
Premyer Liqanda yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplantısı təşkil edən “Xəzər Lənkəran” dünən növbəti məşqini keçirib.
 
 
 Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” dünən, sentyabrın 3-də saat 18:00-da axşam məşqinə çıxıb.
 
 
“Qəbələ” klubunun futbol akademiyasına məxsus meydançada baş tutan hazırlıq prosesi əsasən taktiki çalışmalardan ibarət olub və 1-saat 20-dəqiqə davam edib. Komandanın yeni transferləri olan braziliyalı Deyvid Sakkoni və ispanliyalı Eduardo Oriol məşq zamanı fəallıqları ilə seçiliblər. Son zamanlar zədədən əziyyət çəkən braziliyalı qapıçı Duqlas Leyte isə artıq sağalaraq fərdi məşqlərdən komanda ilə birgə məşqlərə keçib. 

Xəbər xətti