"Xəzər Lənkəran" bu gün Qəbələdən Bakıya yola düşəcək

01:46 - 5 Sentyabr 2013

Komanda üç gün sərbəst buraxılacaq

 

 Premyer Liqada yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” toplantını yekunlaşdırır.

 

Sportal.az xəbər verir ki, bu gün saat 10:30-da “Qəbələ”nin futbol akademiyasına məxsus meydançalardan birində son məşqinə çıxacaq “ağ-yaşıllar” 13:00-da isə şəhəri tərk edərək Bakıya yola düşəcək.

Paytaxta çatdıqdan sonra komanda 3 günlük sərbəst buraxılacaq. Cənub təmsilçisi istirahətdən sonra sentyabrın 9-da Bakıda bir araya gələrək Lənkərana yollanacaq. 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın VI turu çərçivəsində sentyabrın 14-də Lənkəran şəhər stadionunda “Bakı” klubunu qəbul edəcək.

 

12cioyuncu.info

Xəbər xətti