"Komandanı bu vəziyyətə biz salmışıq, biz də çıxarmalıyıq"

02:03 - 5 Sentyabr 2013

Elnur Allahverdiyev: "Bu, bütün komandanı həvəsdən salır"
 
 
“Hazırda turnir cədvəlinin sonuncu pilləsində olmağımızda “Makkabi”yə 0:8 hesablı məğlubiyyətin böyük təsiri var. Hələ də həmin uğursuzluğun təsirindən çıxa bilməmişik”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib. Millimizin də şərəfini qoruyan futbolçu hesab edir ki, artıq bu vəziyyətdən çıxmaq lazımdır:
 
“Hətta gecikmişik. Uğursuzluq zolağından tezliklə çıxmalıyıq. Əslində ”Qarabağ” və “Neftçi” ilə oyunlarda yaxşı çıxış etdik. Amma heç cür qol imkanlarından yararlana bilmədik. Bu da bütün komandanı həvəsdən salır, futbolçularda özünəinamı azaldır. Qol vurmadıqca insan əsəbləşir və oyununu itirir. Bu komandanı biz bu vəziyyətə salmışıq, biz də çıxarmalıyıq”.

Xəbər xətti