"Xəzər Lənkəran"ın sabiq futbolçusu: "...çempionatın səviyyəsi aşağıdır"

12:51 - 5 Sentyabr 2013

Toni Doblas: "İşlər yaxşı getdiyi üçün dözməli oldum"
 
“Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas Azərbaycan karyerası ilə bağlı açıqlamalar verib. Sportal.az xəbər verir ki, bir müddət öncə “ağ-yaşıllar”la yollarını ayırmaq məcburiyyətində qalan ispaniyalı qolkiper yerli mətbuata müsahibəsində bunları söyləyib:
 
“Mənə öncədən Bakıda məskunlaşacağımız deyilmişdi. Amma Azərbaycana gedəndən sonra məlum oldu ki, komanda İranla sərhəddə yerləşir. Ora paytaxtdan dörd saatlıq yol var. İşlər yaxşı getdiyi üçün buna dözməli oldum. Ölkə kubokunun finalında oynadıq, Avropa Liqasına vəsiqə qazandıq. Lakin Avroliqada Hayfa “Makkabi”sinə (İsrail) uduzandan sonra hər şey alt-üst oldu. Azərbaycan futbolunda pul çox olsa da, səviyyə aşağıdı”.

Xəbər xətti