"Bunda müəyyən qədər biz legionerlərin də rolu var"

11:39 - 10 Sentyabr 2013

Flavinyo: "Bu, bütün ölkələrdə belədir"
 
"Neftçi”nin futbolçusu Flavinyo milli komandanın İsrail yığması ilə oyunu barədə danışıb.
 
Sportal.az xəbər verir ki, oyunçu klubun rəsmi saytına bunları deyib:
 
“İsrail - Azərbaycan oyununu izlədim. Milli komandanız güclü rəqiblə layiqli mübarizə apardı. Məncə, bu inkişafın əsas səbəblərindən biri də milli çempionatın səviyyəsinin yüksəlməsidir. Bunda müəyyən qədər biz legionerlərin də rolu var. Son oyunlar göstərir ki, Azərbaycan millisində inkişaf gedir. Bu bütün ölkələrdə belədir. “Neftçi”nin heyətində çoxlu sayda gənc yerli futbolçular çıxış edir. Düşünürəm ki, onlar da gələcəkdə milli komandaya cəlb olunacaq”. 

Xəbər xətti