"Komanda yoldaşlarımın da bu nəticənin qazanılmasında böyük payı var"

11:43 - 10 Sentyabr 2013

Cavid İmamverdiyev: "Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdir"

 

"Neftçi”nin futbolçusu Cavid İmamverdiyev milli komandanın İsrail yığması ilə oyununa münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi klubun rəsmi saytına bunları deyib:

 

 “Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı. Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək, məncə, yaxşı nəticədi. Hiss olunur ki, milli komanda günü-gündən daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdulayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Mən də öz növbəmdə çalışacam ki, “Neftçi”nin heyətində möhkəmlənib mütəmadi olaraq milli komandanın heyətinə dəvət olunum".

Xəbər xətti