Araz Abdullayev: "1 xalı yaxşı nəticə saymaq olar"
"Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İsrail - Azərbaycan oyunu (1:1) ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, futbolçu fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Fikrimcə, azarkeşlər maraqlı oyunun şahidi oldular. Səfərdə oynadığımızı nəzərə alsaq, 1 xalı yaxşı nəticə saymaq olar. Milli komandaya mütəmadi dəvət almaq üçün daim yaxşı formada olmalısan. “Neftçi”də olduğu kimi burada da böyük rəqabət var. Seçmə mərhələdəki növbəti oyunumuzu evdə Şimali İrlandiyaya qarşı keçirəcəyik. Qələbə qazansaq, turnir cədvəlində 4-cü pilləyə yüksələcəyik. İnanıram ki, bunun öhdəsindən gələcəyik”.
saytlarin hazirlanmasi