Mahir Şükürov İsrail yığması ilə oyun barədə danışıb
“Neftçi” PFK-nın vitse-kapitanı Mahir Şükürov Azərbaycan milli komandasının İsrail yığması ilə oyunu (1:1) haqda fikirlərini klubun rəsmi saytına bölüşüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi qələbəni əldən verdikləri üçün təəssüfləndiyini bildirib:
“İsrail səfərindən azı 1 xalla qayıtmaq istəyirdik. Məncə, elə hesab da oyuna görə oldu. Amma yenə də qələbəni əldən verdiyimzə görə təəssüflənirəm. İsrail kimi rəqiblə hər iki oyunda heç-heçə etmək yaxşı nəticədir. Son iki qarşılaşmanı evdə keçirəcəyik. Həmin görüşlərdə qalib gəlib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
saytlarin hazirlanmasi