"Xəzər Lənkəran" aramsız yağan yağışa rəğmən davam edir FOTOREPORTAJ

13:01 - 11 Sentyabr 2013

"Ağ-yaşıllar" səhər məşqinə çıxıb
 
Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Bakı”nı doğma meydanında qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qısamüddətli Qəbələ toplanışından sonra Lənkərandakı bazasında toplaşan komanda artıq üç gündür ki, “Bakı” ilə oyunun hazırlığına başlayıb. Milli komandaların oyunu ilə əlaqədar komandanın düşərgəsindən ayrılan futbolçular Nikola Qliqorov istisna olmaqla geri qayıdaraq məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsinin DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu olduğundan sabahdan “Xəzər Lənkəran”a qoşulacaq. “Xəzər Lənkəran”ın gənc forvardı Elnur Cəfərov isə yenidən U-17 düşərgəsinə toplanışa çağrılıb. Gündə iki dəfə ehtiyat meydanda keçirilən məşqlər aramsız yağan yağışa rəğmən davam etdirilir və komandada zədəli futbolçu olmadan tam heyətlə hazırlığını sürdürür.
 
Bu gün səhər məşqindən çəkilən fotoları təqdim edirik:
 

Xəbər xətti