Gündüz Abbaszadə İsveçrəyə nəyə gedib?

22:47 - 11 Sentyabr 2013

"Neftçi" Avropa Klublar Assosiasiyasının iclasında təmsil olunub

 

Azərbaycan təmsilçisi “Neftçi”nin son illərdə qazandığı nəticələr sayəsində Avropa Klublar Assosiasiyasının (ECA) həqiqi üzvünə çevrilib.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilmiş tədbirdə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edib. 

Mərasimdə Avropa klublarının inkişaf perspektivləri və fəaliyyəti barədə müzakirələr aparılıb. Assosiasiyanın iclasında qitənin bəzi klubları mükafatlara layiq görülüb. Almaniyanın “Bavariya” klubu ilin ən yaxşı futbol klubu seçilib. Ən yaxşı inkişafa görə təsis edilmiş mükafat “Borussia” Dortmund klubu nümayəndələrinə təqdim edilib. Belçika təmsilçisi “Genk” ən yaxşı sosial layihə, İtaliyanın “Yuventus” klubu isə ən yaxşı infrastruktur icraçısı mükafatlarına yiyələnib.

Xəbər xətti