"XL" bu gün bir məşqi ancaq fiziki hazırlığa ayrılıb
Premyer Liqanın VI turunda “Bakı” klubunu doğma meydanda qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün iki dəfə məşq edib.
Saat 10:00-da səhər məşqinə çıxan komanda 1-saat 20-dəqiqə ərzində taktiki çalışmalarla məşğul olub. Saat 18:00-da başlayan axşam məşqi isə bütövlüklə fiziki hazırlıqdan ibarət olub və Melkiore Covanninin başçılığında keçirilib.
Qeyd etmək lazımdır ki, Mirça Rednikin gedişindən sonra “Xəzər Lənkəran” son iki il müddətində bu qədər müxtəlifliyi ilə seçilən rəngarəng fiziki hazırlıq keçməmişdi. Bunu məşqin sonunda əldən düşən futbolçuların ehtiyat meydançanı tərk edərək baza-otelə tərəf gedərkən yorğun əhvalından da hiss etmək mümkün olub. Ümumiyyətlə son zamanlar yüngül məşqlərə öyrəşən futbolçular belə ağır fiziki hazırlığa tam öyrəşməmələrini anlamaq heç də çətin deyil.
Əlavə olaraq bildirək ki, U 21 millisinin düşərgəsindən qayıdan Ağabala Ramazanov hər iki məşqdə iştirak edib. Makedoniya millisinin üzvü Nikola Qliqorov isə sentyabrın 12-də Lənkəranda olacaq.
Qeyd edə ki, Xəzər Lənkəran” – “Bakı” qarşılaşması sentyabrın 14-də saat 19:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.
12cioyuncu.info