Tərlan Əhmədov: "Psixoloji səddi aşa bildik" VİDEO

23:50 - 12 Sentyabr 2013

"Səhvlər hər bir komandada olur"
 
“Bu cür oyunlar derbidir, rəqibimiz güclü komandadır. Oyunun çətin keçəcəyi öncədən məlum idi".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib. Gənc məşqçi oyunla bağlı fikirlərini belə tamamlayıb:
 
"Son oyunumuzda məğlub olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə qadir olduğunu göstərdi, psixoloji səddi aşa bildik. Oyunçularımın qarşısında baş əyirəm”. 
 
 

Xəbər xətti