Toşakdan futbolçulara irad FOTOREPORTAJ

21:36 - 12 Sentyabr 2013

“Xəzər Lənkəran” “Bakı” ilə oyuna tam heyətlə hazırlaşır
 
“Bakı”ilə oyunun hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bu gün axşam saatlarında əsas meydanda növbəti məşqini keçirib.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin sərəncamında isinmə hərəkətlərini yerinə yetirən futbolçular daha sonra qısaldılmış meydanda 45 dəqiqəlik iki tərəfli oyun keçirib. 
 
Baş məşqçi Con Toşakın müxtəlif tapşırıq və iradları ilə müşaiyət olunan məşqdə ölkəsinin yığmasından dönən Nikola Gliqorov da iştirak edib. Gliqorovun da dönüşündən sonra “Xəzər Lənkəran” tam heyətlə VI turun ev oyununa hazırlığını davam etdirir. Sabah isə komanda “Bakı” ilə oyunöncəsi son məşqinə çıxacaq.
 
Qeyd edə ki, Xəzər Lənkəran” – “Bakı” qarşılaşması sentyabrın 14-də saat 19:00-da Lənkəran şəhər stadionunda keçiriləcək. 
 

Xəbər xətti