Edu Orial: "Çünki belə münasibətə layiq deyildim" MÜSAHİBƏ

12:41 - 13 Sentyabr 2013

"Onun klubdan şikayəti yoxdur"
 
“Xəzər Lənkəran”ın futbolçusu Edu Oriol İspaniya mətbuatın müsahibə verib. Sportal.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi “Saraqosa”dan ayrılmasından və ölkəmizə gəlişindən danışıb.

- Bu yay “Saraqosa”nı xeyli futbolçu tərk etdi. Siz də onlardan birisiniz. Buna nə səbəb oldu? 
- Ay yarımdan çoxdur oranı tərk etmişəm. Baş verənləri unutmaq istəyirəm. Sanki məndən də, digərlərindən də zəhlələri gedirdi. Kluba hər gələn öz ideyalarını sırıyırdı, biz isə bu ideyalara uyğun gəlmirdik.

- Niyə belə idi, nə baş vermişdi? 
- Bilmirəm. Onu bilirəm ki, klubdan narazılıqla ayrıldım. Çünki belə münasibətə layiq deyildim. Mənə şans verməli idilər. Lakin bunu etmədilər. Baxmayaraq ki, mən faciəvi dərəcədə zəif deyildim.

- Belə münasibətdən sonra müqaviləni sülhlə pozdunuz? 
- Hə. Bir-birimizin əlini sıxıb ayrıldıq. Belə addım hər iki tərəf üçün faydalı idi.

- Lakin bəzi komanda yoldaşların məhkəmələrə, federasiyaya, hətta FİFA-ya qədər gedib müqaviləsinə erkən bitməsi üçün kompensasiya tələb edir... 
- Mənim işim futbol oynamaqdı. Başqa məkanlarda “döyüşməyi” xoşlamıram. Bu üzdən 
pula görə savaşmayacağam.

- İndi İspaniyadan uzaqdasınız. “Saraqosa” kənardan necə görünür? 
- Komandanın hər matçını internetdən izləyirəm. Mən elə belə də start gözləyirdim. 

- Sizcə “Saraqosa” Primeroya qayıtmağa namizəd sayılmalıdır? 
- Əlbəttə ki, oyunçuların səviyyəsinə görə namizəddir. Ənənələrinə görə isə daha çox layiqdir. 

- Nəticədə Azərbaycana getdiniz. Toni Doblasın ayrıldığı “Xəzər Lənkəran”a... 
- Doblas komandada qalmayıb. Amma başqa ispaniyalı – Alvaro Silva var. Onun bu klubdan heç bir şikayəti yoxdur. 

- Bəs uzaq ölkəyə getməyinizin səbəbi nə idi? 
- Bura gəlməyə qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim pulu verməzlər. Mən cəmi 2 illik gəlmişəm.

- Oradakı şəraitdən razısınızmı? 
- Burada hələlik hər şey ən yüksək səviyyədə , 10 ballıq şkala ilə “10”a layiqdir. Klub rəhbərliyindən çox razıyam. Söz verdikləri bütün şərtlərə əməl edirlər.
 
 
mənbə: Apasport.az

Xəbər xətti