"Xəzər Lənkəran" məşqləri bərpa etdi

13:28 - 16 Sentyabr 2013

Cənublular AZAL-la oyuna hazırlaşır
 
Premyer Liqanın VI turunda “Bakı” üzərində əzmkar və inamlı qələbədən sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarım ərzində bərpa məşqini keçirməklə yanaşı, fiziki və taktiki çalışmaları da yerinə yetirib. Keçirilən məşqlərdə “Bakı” ilə oyunda 90 dəqiqə çıxış edən futbolçulara nisbətən yüngül çalışmalar verilib. Futbolçulardan Junior Nildo və Zoahir Benouahi yüngül zədə üzündən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin nəzarətində fərdi məşq keçdi. “Xəzər Lənkəran” çərşənbə gününə qədər AZAL komandası ilə oyuna hazırlığı Lənkəranda keçirib səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək. 

Xəbər xətti