"Xəzər Lənkəran" sabah paytaxta yollanacaq

11:37 - 17 Sentyabr 2013

"XL"-in oyunu canlı yayımlanmayacaq
 
 
"Xəzər Lənkəran" AZAL-la matçın  doğma şəhərdə hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, dünən bir məşqlə kifayətlənən “ağ-yaşıllar” bu gün ikiqat çalışacaq. 
 
Saat 10:30-da və saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq “Xəzər Lənkəran”ın daha bir hazırlığı sabah səhər saatlarına planlaşdırılıb. Məhz sabah baş tutacaq hazırlıq prosesinin ardından komanda Lənkəranı tərk edərək paytaxta yollanacaq. 
 
Xatırladaq ki, AZAL- “Xəzər Lənkəran” qarşılaşması sentyabrın 22-də AZAL Arena stadionunda keçiriləcək. Saat 18:00-da start götürəcək qarşılaşma heç bir televiziya kanalı ilə yayımlanmayacaq.
 
12cioyuncu.info

Xəbər xətti