"Xəzər Lənkəran" Elnur Allahverdiyev ilə yollarını rəsmən ayırdı

16:32 - 17 Sentyabr 2013

Futbolçu Con Toşakın istəyi ilə komandadan göndərildi
 
"Xəzər Lənkəran"  futbolçusu Elnur Allahverdiyev  baş məşqçisi Con Toşakın istəyi ilə komandadan göndərilib.
 
Bu barədə rəsmi məlumatı komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az saytına verdiyi açıqlamada da təsdiqləyib:
 
"Elnur Allahverdiyevlə komanda arasındakı müqavilə ləğv olunub. Elnura azad agent statusu verilib. Demək olar ki, bütün işlər yekunlaşıb. Çox kiçik detallar qalıb ki, bu da gün ərzində öz həllini tapacaq."

Xəbər xətti