"Xəzər Lənkəran" məşq etdi və Bakıya yola düşdü FOTOLAR

12:54 - 18 Sentyabr 2013

Komanda AZAL-la oyunun Bakı hazırlığına start verəcək
 
Premyer Liqanın VII turu çərçivəsində bazar günü AZALın qonağı olacaq “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını başa vurub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər məşqini əsas meydançada keçirən komanda saat yarımlıq hazırlığını tamamlayıb paytaxta yola düşdü. Səhər məşqində əsasən taktiki çalışmaları yerinə yetirildi və zədəli futbolçu Adrian Skarlatake hələ ki, komanda ilə birgə hazırlığa qatıla bilmir. Bu gün paytaxta çatdıqdan sonra istirahətə buraxılacaq “Xəzər Lənkəran” sabahdan etibarən “Bayıl Arena”nın süni örtüklü meydançasında AZAL-la oyunun Bakı hazırlığına start verəcək. İki gün adıçəkilən arenada məşqlərini keçirəcək komanda şənbə günü matçın keçirələcəyi meydanda, Mərdəkanda oyunöncəsi son məşqinə çıxacaq.
 
Bu gün məşqdən çəkilən fotoları təqdim edirik: 
 

Xəbər xətti