Zəfər Öndər İpək: "Rəşad Sadiqova qırmızı vərəqə verilməli idi"

16:55 - 18 Sentyabr 2013

"Qarabağ"ın təmiz qolu qeydə alınmayıb"
 
Həftəsonu Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları baş tutdu. Belə ki, turun 5 oyunu 4 müxtəlif günlərdə keçirildi. Oyunlarda hakimlərin bir sıra mübahisəli qərarları diqqəti çəkdi. 
 
Türkiyəli sabiq FİFA referisi Zəfər Öndər İpək hakim qərarlarını Sportal.az üçün təhlil edib.
 
1. Ofsayd yoxdur. Cərimə meydançasının içindəki müdafiəçi oyundan kənar vəziyyəti pozur. Odur ki, köməkçi hakim bayrağı qaldırmaqla səhvə yol verir.
2. Yenə ofsayd yoxdur. Köməkçi hakim epizodu düzgün dəyərləndirmir. Hücumçu müdafiəçidən geridədir. Burada görünür ki, “Qarabağ”ın haqqı yeyilib. Ən azından bu iki epizoddan biri qoldur.
3. Çox çətin epiozddur. Hakim ora daha yaxındır. O, epizodu bizdən yaxşı görür. Onun qərarına baxmaq lazımdır. Amma oyunçunun yıxılması daha çox simulyasiyaya bənzəyir.Mənim fikrimcə, Flavinyo simulyasiya edir.
4. Top qapı xəttini keçməyib. Hakimin davam qərarı doğrudur.
5. Hakim düzgün dəyərləndirib epizodu. Hər iki futbolçuya sarı vərəqə və sonra qırmızı vərəqə verilməsi düzgündür. Birbaşa “qırmızı” vermək olmazdı. Bu düzgün deyil. Amma sarı vərəqələrdən sonra qırmızı vərəqə verilməsi düzgündür. Orada bir məqam da var ki, “Neftçi”nin 6 nömrəli futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə verilməlidir. Arxadan Abdulla Abatsiyevin başına zərbə endirir.
6. Qol düzgün vurulmayıb. 21 nömrəli futbolçu Elvin Məmmədovun qapıçıya qarşı elədiyi hərəkət "foul"dur. Hakim yanlış qərar verir. Hərçənd epizodda da görünür ki, hakim ora yaxındır. Amma yalnış qərar verir.
7. Burada Rahid Əmirquliyevə qarşı qayda pozuntusu yoxdur. O hakimi aldatmaq istəyir. Ona görə də ona sarı vərəqə verilməlidir. Penalti yoxdur. Sadəcə hakim sarı vərəqə göstərməməklə səhv edir.
8. Penalti yoxdur. Bu adi bir oyun epizodudur. İki futbolçu mübarizə aparır. Ona görə də hakimin qərarı yanlışdır.
9. Burada da bayaqkı epizodla eyni şeydir. Sadəcə futbolçular mübarizə aparır. Penalti yoxdur.
10. Bu epizodda qəti nəsə demək mümkün deyil. Subotiç əgər topa toxunubsa, hakimin qərarı doğrudur. Yox əgər toxunmayıbsa, o zaman  qol qeydə alınmalı idi.

Xəbər xətti