Arda daha 4 il "Atletiko"da
Arda Turanın Madrid "Atletiko"sunda qalacağı rəsmən dəqiqləşib.
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu Madrid təmsilçisi ilə sözləşməsini yeniləyib. Tərəflər arasında ıldə olunan razılığa görə, 26 yaşlı futbolçu 2017-ci ilə kimi "Atletiko"nun şərəfini qoruyacaq.
Arda Turan yeni sözləşmə barədə klubun rəsmi saytına açıqlama verib: "Atletiko” ilə müqaviləmin müddətini uzatdığım üçün çox xoşbəxtəm. Özümü bu ailənin bir parçası kimi hiss edirəm. Karyeramı burada davam etdirəcəyimə görə, mən də sevincliyəm, klub da”.
Xatırladaq ki. 2 il əvvəl “Qalatasaray”dan “Atletiko”ya transfer olunan Arda Turanın klubu ilə əvvəlki müqaviləsi 2015-ci ilə qədər idi.
saytlarin hazirlanmasi