"Kəpəz"i Gəncədən köçürtdülər VİDEO

09:48 - 20 Sentyabr 2013

"Kəpəz" Tovuzda oynayacaq
 
 
Peşəkar Futbol Liqası 1-ci divizionda 2-ci turun oyun proqramını açıqlayarkən komandanın “Neftçala” ilə ev oyunun yeri Gəncə göstərilsə də, sonradan qurum dəyişiklik etməyə məcbur olub.
 
Sportal.az xəbər verir ki, buna səbəb yerli stadionun hələ də tam hazır vəziyyətə gətirilməməsidir.
Meydançanın durumu stadionda futbol oynamaq üçün əlverişli deyil. Bu üzdən gəncəlilər rəqibini doğma meydanda yerli publika qarşısında yox, Gəncədən kənarda qəbul etmək məcburiyyətində qalıblar. Qarşıdakı matç Tovuzda baş tutacaq. Xatıqladaq ki, ötən mövsümün yarısını da komanda eyni səbəbdən Bakıda keçirərək, rəqiblərini “Dalğa Arena”da qəbul edib. “Kəpəz”i evinə qaytarmaq üçün cari mövsümün əvvəlindən klub rəhbərliyi qısa bir vaxtda həlli nəzərdə tutulan problemləri aradan qaldırmağa çalışsa da, işin öhdəsindən tam gələ bilməyib. Çatışmazlıqları yoluna qoymaq mümkün olmadığından PFL komandanın Nizami yurdunda çıxış etməsinə hələlik icazə verməyib.
 
Mehman Allahverdiyev- “Kəpəz”in prezidenti: “Meydançamız həddindən artıq pis vəziyyətdə idi. Yaşılıq az idi. Senyabrın 2-dən meydança sulanır, qolluq olunur. Çalışırıq ki, qarşıdakı oyunları evdə keçirək”.
Ev oyununu Gəncədə keçirə bilməyən komanda artıq bir neçə müddətdir ki, məşqlərini doğma meydandan kənarda edir. “Kəpəz” Samuxun Aşağı Ağasıbəyli kəndində hazırlıq prosesi keçir. Futbolçuların və məşqçilər korpusunun bunun üçün gün əzrində uzun məsafə qət etməsinə və əlavə yorğunluğa baxmayaraq düşərgədə əhval-ruhiyyə yaxşıdır. İlk turda son çempion “Ağsu” üzərində qazanılan qələbə komandaya güc verməklə, motivasiyanı artırıb. Gəncəlilər “Neftçala” ilə oyunda da 3 xala ümid edirlər.
Vidadi Rzayev- “Kəpəz”in baş məşqçisi: “Komanda yalnız qələbəyə köklənib. Kim istəyər ki, məğlubiyyət olsun? Futbolçularımız qoyulan tapşırığın öhdəsindən gəlməyə qadirdirlər”.
 
“Kəpəz” – “Neftçala” oyunu sabah Tovuz şəhər stadionunda keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.
 

Xəbər xətti