Sabah isə oyunöncəsi son məşq olacaq
Premyer Liqanın VII turu çərçivəsində AZAL klubunun qonağı olacaq "Xəzər Lənkəran" Bakıdakı hazırlığını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq iki gündür ki, "Bayıl Arena" stadionunun süni örtüklü meydançasında məşqlərini keçirən komanda bu gün səhər məşqi ilə adıçəkilən arenadakı hazırlığını tamamladı. Taktiki və fiziki çalışmaları yerinə yetirən futbolçulardan Adrian Skarlatake hələ ki, komanda ilə birgə məşqlərə qatıla bilmir. Rumın müdafiəçi fərdi olaraq məşqlərini davam etdirir. Sabah matçın keçirələcəyi "AZAL Arena"da "Xəzər Lənkəran" oyunöncəsi son məşqinə çıxacaq.
Bu gün keçirilən məşqlərdən çəkilmiş fotoları təqdim edirik.
saytlarin hazirlanmasi