Bəxtsiz Kasilyas

16:14 - 20 Sentyabr 2013

İlk oyunu qapıçı üçün uğursuz oldu
 
“Real”ın və İspaniya millisinin qapıçısı İker Kasilyas zədə səbəbindən təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. 
 
Sportal.az xəbər verir ki, “Qalatasaray”la (6:1) oyunda zədələnən təcrübəli qapıçının oktyabrın əvvəlinə qədər sağalacağı deyilir. Onun oktyabrın 2-nə qədər, yəni Çempionlar Liqasının II turunda “Kopenhagen”lə oyuna qədər hazır olacağı güman olunur. 
 
Qabırğasını incidən qapıçıya hələlik həkimlər istirahət etməyi tövsiyyə edib. O, sonradan fizioterapevt nəzarəti altında məşqlərə başlayacaq. 
 
Qeyd edək ki, "Qalatasaray"la oyunda Serxio Ramosla toqquşan Kasilyas zədələnərək yerini Dieqo Lopesə verib. 

Xəbər xətti