Futbolçu hazırkı klubundan ayrılmaq niyyətindədir
“Barselona”nın yarımmüdafiəçisi Aleksandr Sonq komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən afrikalı futbolçu çıxış yolunu klubu tərk etməkdə görür. Onun “Milan”la danışıqlara başladığı bildirilir. Bu barədə FİFA agenti Ennio Qorassi məlumat verib:
“Sonqun “Milan” nümayəndələri ilə görüşdüyü haqqında məlumatım var. Onu komandanın yeni Cennaro Qattuzosu kimi görürlər. Sonq əla yarımmüdafiəçidi. Belə oyunçu “Milan” üçün faydalı ola bilər”.
Qeyd edək ki, Sonq 2012-ci ildə “Arsenal”dan “Barselona”ya keçib.
saytlarin hazirlanmasi