"Xəzər Lənkəran" 6 futbolçusuz son məşqə çıxdı FOTOLAR

14:32 - 21 Sentyabr 2013

AZAL-la oyunöncəsi məşq
 
Premyer Liqanın VII turu çərçivəsində sabah Bakıda AZALın qonağı olacaq “Xəzər Lənkəran” bu gün “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda saat yarım ərzində əsasən futbolçuların süni örtüklü meydanda əzələlərinin davamlılığını artıracaq fiziki çalışmalar və taktiki planda hazırlıqla məşqini yekunlaşdırıb. Zədəli futbolçu Adrian Skarlatake fərdi məşqlərlə kifayətlənib. O cümlədən bu gün əvəzedici heyətdə çıxış edəcək 6 futbolçu Edu Oriol, Tərlan Qasımzadə, Ağabala Ramazanov, Uğur Pamuk, Kamran Abdullazadə və Elvin Mirzəyev də əsas komanda ilə birgə hazırlıqda iştirak etməyib.
 
Xatırladaq ki, AZAL - “Xəzər Lənkəran” oyunu sabah saat 19-da keçiriləcək. Oyunöncəsi son məşqdən çəkilən fotoları təqdim edirik: 
 
 

Xəbər xətti