Mirça Rednik Belçika klubu ilə müqavilə bağlayır

15:35 - 21 Sentyabr 2013

"Lənkəran gəlməyi sizdən çox istəyirəm"
 
“İnanın ki, Lənkərana səfər etməyi sizdən və azarkeşlərdən çox özüm istəyirəm”. Sportal.az xəbər verir ki, bunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik deyib.

Ötən ay Rumıniyanın ÇFR klubundan ayrılan Mirça Rednikin “Xəzər Lənkəran”ın baş məşqçisi postunda Con Toşakı əvəzləyici söylənilirdi. Ancaq “ağ-yaşıllar” uelsli mütəxəssislə yola davam etməyi məqsədəuyğun saydı. Buna rəğmən, rumıniyalı çalışdırıcı yaxın vaxtlarda Azərbaycana səfər edib, lənkəranlı azarkeşlərlə görüşəcəyini bildirmişdi. Lakin deyəsən, bu səfər baş tutmayacaq. Səbəb isə Rednikin özünə yeni klub tapmasıdır.

Bu barədə təcrübəli məşqçinin özü məlumat verib: “Xatırlayırsınızsa, sizinlə söhbətdə “hansısa klubla müqavilə bağlamasam gələcəyəm” demişdim. Ancaq sabah (bu gün) klub rəhbərliyi ilə görüşüm olacaq. Ciddi heç nə baş verməsə, yeni komandamla müqavilə bağlayacağam. Ad açıqlamayacağam, ancaq Belçika təmsilçisi olduğunu deyə bilərəm. Belə vəziyyətdə Azərbaycana gəlməyim mümkünsüzdür. İlk növbədə işimi həll etməliyəm. Ondan sonra azarkeşlərlə görüşmək üçün vaxt müəyyənləşdirəcəyəm. Cənublu fanatlardan üzr istəyirəm. Sağlıq olsun, ciddi heç nə baş verməsə, qışda 100 faiz gələcəyəm”.

Mənbə: “Futbol+” qəzeti
 

Xəbər xətti