"Xəzər Lənkəran"lı futbolçu qol hesabını açdı

17:02 - 21 Sentyabr 2013

İstedadlı oyunçu yenə fərqləndi

 

Azərbaycanın U-17 milli komandasının düşərgəsində olan "Xəzər Lənkəran"ın 16 yaşlı istedadı Elnur Cəfərov bu gün Rusiyada Avropa çempionatının ilkin seçmə mərhələsinin birinci matçına çıxıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin rəqibi İslandiyalı yeniyetmələr olub. Turnirin formatına uyğun olaraq iki 40 dəqiqəlik hissədən ibarət olan matç 3:3 hesabı ilə nəticələnib. Bütün oyunu meydanda olan gənc forvard son oyunlarda olduğu kimi yenə də fərqlənib. Əvvəlcə oyunun 11-ci dəqiqəsində vurulan qola assistentlik edən Cəfərov ikinci hissənin əvvəlində özü də rəqib qapısına yol tapmaqla turnirdə qol hesabını açıb. 

Xəbər xətti