"Xəzər Lənkəran"dan növbəti qələbə

19:47 - 21 Sentyabr 2013

"Ağ yaşıllar" 2-ci pillədə
 
Əvəzedici heyətlərin ölkə birinciliyində 7-ci tura yekun vurulub. Sportal.az xəbər verir ki, turun son oyununda “Xəzər Lənkəran” səfərdə AZAL klubunu məğlub edib – 2:1.
 
Paytaxt klubunun heyətində Qurbanəli Əliyev (d.45), cənub təmsilçisini heyətində isə Elvin Mirzəyev (d.19) və Eduard Oriol (d.87) fərqləniblər. Bu nəticədən sonra “Xəzər Lənkəran” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Xəbər xətti