"Real"ın futbolçuları qayıtdı

14:22 - 22 Sentyabr 2013

Müdafiəçilər zədələrini sağaltdı
 
“Real”ın 3 zədəli müdafiəçisi - Rafael Varan, Marselo və Fabio Koentrau yenidən məşqlərə başlayıb.
 
Sportal.az xəbər verir ki, Marselo və Koentrau müvafiq olaraq Braziliya və Portuqaliya millisinin oyununda xəsarət alıb. Hər iki futbolçu fərdi məşqlərə başlayıb. Gələn həftədən isə onların komanda ilə hazırlıqlarda iştirak edəcəyi gözlənilir. Bu barədə “Real”ın baş məşqçisi Karlo Ançelotti məlumat verib:
 
“Koentrau artıq yaxşıdı, gələn həftədən komanda ilə məşq edəcək. “Elçe”yə qarşı oyunda meydana çıxa bilər. Marselo da komanda yoldaşı kimi məşqlərə başlayıb”. 
 
İtaliyalı mütəxəssis may ayından meydanlardan uzaqda qalan Varanın hazırkı vəziyyəti barədə də danışıb:
 
“Varan yaxşı məşqlər edir. Ya “Elçe”, ya da “Atletiko” ilə derbi oyununa qədər hazır olacaq. Biz onunla fərdi məşğul olmuşuq. Nə vaxt 90 dəqiqə meydanda olmağa hazır olsa, oynamağa başlayacaq".
 
Qeyd edək ki, "Real" bu gün "Xetafe"ni qəbul edəcək. 

Xəbər xətti