"Mən daha çox Nildoya görə sevinirəm"

22:29 - 22 Sentyabr 2013

Con Toşak: "Bakı" matçı bizim üçün dönüş nöqtəsi oldu"
 
 
“Oyuna çox yaxşı başladıq. İlk dəqiqədə gözəl qol da vurduq. Yaxşı kombinasiyadan sonra hesabı açmağa nail olduq”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.Uelsli mütəxəssisPremyer Liqanın VII turunun AZAL-la səfər oyunu haqda fikirlərini açıqlayıb. Toşak 3:1 hesablı qələbədən razı qalıb:
 
“Təəssüf ki. hesab açılandan sonra komanda bir az sakitləşib, arxayınlaşdı. Bunun da nəticəsində xətlər arasında problemlər yarandı ki, nəticədə rəqib bərabərlik qolunu vurdu. Bundan sonra 1-ci hissənin sonuna qədər bərabər oyun getdi. Fasilə ərəfəsində AZAL-ın oyunçusunun qırmızı vərəqə alması isə qarşılaşmada dönüş nöqtəsi oldu. İkinci hissədə yalnız 1 komanda hücum edirdi. Nəticədə 2 qol vurduq. Mən daha çox Junior Nildoya görə sevinirəm. Mərkəz hücumçumuz neçə oyundur qol imkanları olsa da, fərqlənə bilmirdi. Bu dəfə isə braziliyalı 2 qol vurdu. Ümumiyyətlə əvvəlki oyunlarda komandamız da pis təsir bağışlamırdı. Lakin bəxtimiz gətirmirdi. “Bakı” ilə ötən turun matçı bizim üçün dönüş nöqtəsi oldu. İndi artıq qarşıdakı turun “İnter”lə oyununu fikirləşirik”.
Qeyd edək ki, son 6 turda qol vura bilməyən Nildo bu dəfə dubl müəllifi olub.

Xəbər xətti