Nikola Qliqorov: "Mənə nə vaxt lazım olsa..." MÜSAHİBƏ

17:48 - 23 Sentyabr 2013

"Bu qələbələrdən arxayınlaşmamalıyıq"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Nikola Qliqorovun müsahibəsi
 
- Bu gün ilk səfər qələbənizi qazandız. Bu haqda nə deyə bilərsən?
- Bizim üçün çətin oyun oldu. Oyudan qabaq ancaq qələbə haqqında düşünürdük. Bu gün də məqsədimizə çatdıq. Komanda indi dirçəliş dövrünü yaşayır.
 
- Artıq 9 xal toplamısınız. Səncə komandan bu mövsüm çempion ola biləcək?
- Hələ qarşıda uzun marafon var. Komanda olaraq b ümid edirik ki, çempion olacağıq.
 
- Səni əsas heyətdə nadir hallarda görürük. Bu barədə nə deyə bilərsən?
- Bunu məşqçi məsləhət görür, mən nə vaxt lazım olsa, daima komandama kömək etməyə hazıram. 
 
- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. Qalibiyyət seriyası bu oyunda da davam edə biiləcək?
- “İnter” güclü rəqibdir. Ancaq biz sabahdan etibarən bu oyunla məşqlərə başlayacağıq. Ümid edirəm ki, ardıcıl üçüncü qələbəni qazana biləcəyik.
 
- Həmişə komanda bəxtsizlikdən şikayətlənirdi. Ancaq bu gün əlinizə düşən fürsətlərdən istifadə etdiniz. Demək olar ki, komandanın bəxtsizliyi geridə qaldı?
- Əslində bu gün də çox şanslarımız oldu, amma 3 qol vura bildik. Amma biz bu nəticələrə görə arxaynlaşmamalıyıq. İlk dövrənin son iki oyununu qalib gəlib,15 xalla yekun vurmaq istəyirik.
 
Mənbə:  Milliftubol.az

Xəbər xətti