"Rəhbərlərim və onların əlində olan əsas qüvvələr orada iştirak etməyib" MÜSAHİBƏ

18:06 - 23 Sentyabr 2013

 

 Mirzə Seyidzadə: "Bu dəqiqə azarkeşlərin sayını artırmaq çətindir"
 
Dünən Azərbaycan çempionatında AZAL - "Xəzər Lənkəran" matçında "Bakı"nın azarkeşləri stadiona təşrif buyuraraq "Xəzər Lənkəran"a dəstək olub. Bunu aydınlaşdırmaq üçün "Bakı" fan-klubunun rəhbəri Mirzə Seyidzadə Sportal.az saytına gələrək bu hadisəyə münasibət bildirib:
 
- Bir azarkeş kimi "Bakı"nın oyunlaını necə xarakterizə edərdiniz?
- "Bakı"nın ən böyük problemi onda idi ki, oyunçular hələ bir-birilərinə tam uyğunlaşmamışdı, amma günlər keçdikcə,  siz də şahidi olursunuz ki, "Bakı" yavaş-yavaş öz oyununu tapır. Biz inanırıq ki, "Bakı" bu il avrokuboklara gedəcək.
 
- Biz səfər oyunlarında da görürük ki, azarkeşlər "Bakı"nı tək qoymur. Ümumiyyətlə komandaya olan dəstəkdən razısınız?
- Fan-klubu hələ istədiyimiz səviyyəyə çıxara bilməmişik. Sağ olsun rəhbərlik bizə istənilən yardımı edir və çalışırıq ki, "Bakı" özünü səfərdə yalnız hiss elməsin. Bu dəqiqə reallıq odur ki, heç bir klubda güclü fanat yoxdur. Sadecə biz istəyirik ki, komandamız arxasında azarkeş olduğunu hiss eləsin. Biz əlimizdən gələn qədər komandamızı dəstəkləmək üçün Lənkərana, Qəbələyə, Zaqatalaya gedirik.
 
- Təcrübəli bir azarkeş kimi bu gün Azərbaycan klublarının azarkeşlrində nə problem var? Niyə biz azarkeşləri stadionlara yığa bilmirik?
- Mənə elə gəlir ki, bu, komandaların stabil çıxış etməməklərindən irəli gəlir. Sonuncu turun nəticələrinə baxsaq, bütün oyunlar sürpriz oldu. Bir də belə bir şey var ki, avrokuboklarda klublarımız ikinci mərhələyə yüksələndə stadion dolmağa başlayır. Bu il gördünüz ki, "Qarabağ" bizi Avropada necə tanıtdırdı. Ötən mövsüm "Neftçi" qruplara düşməklə bunu etdi. İnanıram ki, yaxın 1-2 ildə Azərbaycanda futbol inkişaf edəcək.
 
- Azərbaycana  gələn legionerlər və yerli futbolçular bəzən istənilən səviyyədə çıxış etməməklərinin səbəbini boş tribunalar arxasında oynadaılarını da bildirirlər. Bu fikirlə razısınız?
- Razıyam. Futbolçuya təsir edir bu amillər. Biz həmişə Lənkəranda azarkeşlərin böyük dəstəyini görmüşük. Orada bizə də əlavə enerji gəlir və daha coşqulu oluruq.Azarkeş qarşısında futbol ynamaq hmişə futbolçuya da əlavə stimul verir. Stadionlar dolu olsa, futbol daha da gözəlləşər.
 
- Bəs azarkeşlərin stadionlara cəlb etmək üçün nələr etmək lazımdı?
- Mən "Bakı" futbol klubunun adından deyə bilərəm ki, bizim oyunlarda heç olmasa 150-200 azarkeş olur. Biz azarkeşlərimizi müəyyən qruplara ayırmışıq və hamısını formalarla təmin etmişik. Səfər oyunlarına gedən zaman da bizim üçün əyləncəli olur.Ekiskursiya xarakterli səfərlər təşkil edirik. Bizim ofisimiz, qrup rəhbərlərimiz Biləcəri qəsəbəsində yerləşir. Texniki universitetin tələbələri bizə dəstək olurlar. Biz fan-klub olaraq 150 nəfərlə "Bakı"ya dəstək oluruq. Bu dəqiqə azarkeşlərin sayını artırmaq çətindir.
 
- Biz "Bakı"nın oyunlarında sizin tiribunalarda qadın azarkeşlərin şahidi oluruq. Təcrübəli azarkeş kimi qadınların stadiona gəlməsini necə qarşılayırsınız?
- Bizim son 4 oyunda azarkeşlərimizin arasında qadın azarkeşlər var. Onlar sırf azarkeşlik etmək üçün stadiona gəlirlər.Lənkərana gedəndə birinci onlardan xəbər gəldi ki, biz də Lənkərana getmək istəyirik. Təxminən 10-11 qadın azarkəşimiz var və oyunlara forma və bayraqlarla təşrif buyururlar. Qıraqdan baxanda görüntü gözəl olur.
 
- Bəzən azarkeşlər hakimə və ya futbolçulara etirazlarını söyüşlə ifadə edirlər. Bunu aradan qaldırmak mümkün deyil?
- Mən elə gəlir ki, bu, mümkün deyil. 14 ildir ki, mən bu klubun içindəyəm. Mən ilk aqressiv hərəkət olanda, futbolçulardan öncə mən reaksiya verirəm. Bu futboldu, fanatlar belə reaksiya verəndə heç bilmir ki, arxasında başqa insanlar var. Mən elə bir ölkə tanımıram ki, fanatlar belə aqressivliyə reaksiya verməsin. Bunu yığışdırmaq çətindir.
 
- Dünən AZAL "Xəzər Lənkəran" oyununda "Bakı" azarkeşləri "Xəzər Lənkəran"a dəstək olmaq üçün stadiona təşrif buyurmuşdular...
- Ən çox buna aydınlıq gətirmək istəyirəm. Bu gün səhər saat 9:00-da öz rəhbərlərimizlə görüş keçirtmişəm. Biləcəridəki bazamızda iclas keçirtdik. Mənim rəhbərlərim və onların əlində olan əsas qüvvələr orada iştirak etməyib. Sadecə olaraq 8-10 nəfər "Bakı"nın formasıyla gediblər o oyuna. Biz onlara icazə verməmişik. Millinin oyunların laqeyd deyilik. Azərbaycan klublarının Avropa arenasındakı oyunlarına da gedirik. Daxili çempionatda fan-klub olaraq heç bir klubun oyunlarında iştirak etmirik. Böyük səhv ediblər. Bu yaxında "Atletiko" ilə yoldaşlıq oyunda fan-klub adından 2-3 min forma hədiyyə etmişik. Fan-klub olaraq nə "Xəzər Lənkəran", nə "Qəbələ"nin oyunlarında bu klublara dəstək olaraq çıxış etmirik. Bundan hər kəsə şəxsən özüm nəzarət edəcəm. Mənim 150-200 fanatımdan orada iştirak etməmişik. Mini futbol turnirlərinə belə məndən icazə alıblar. "Bakı" klub brendir. Bunu reklam etməyə ehtiyac yoxdu.  Biz Lans şəhərində Azərbaycan bayrağını görəndə qürur duyuruq. Mənim fikrimcə formaları yığmaq olmaz və biz bilsinlər ki, fan-klub olaraq başqa oyunlarda iştirak etmirik.
 
Ayaz İBRAHİMOV
 

 

Xəbər xətti