Sakkoni və Nildodan ilk, "Xəzər Lənkəran"dan 550

11:26 - 24 Sentyabr 2013

Sakkoni 84-cü oyunçu kimi tarixə düşdü
 
"Xəzər Lənkəran” tarixində 550-ci qol vurulub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu top Premyer Liqanın VII turunun AZAL-la qarşılaşmasına təsadüf edib. Oyunda komandanın 2-ci qoluna imza atan Junior Nildo klub tarixində 550-ci topun müəllifi kimi fərqlənib.
 
2004-cü ildə yaranan komanda 550-ci qolunu 354-cü matçında vurub. Yubiley qolundan sonra daha 1 dəfə rəqib qapısına yol tapan Nildo bu rəqəmi 551-ə çatdırıb. Bu qollardan 404-ü Premyer Liqada, 120-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda qeydə alınıb. Maraqlıdır ki, ardıcıl 3-cü dəfədir yubiley qolu sentyabr ayına tsəsadüf edir. 450-ci və 500-cü qollar son 2 ilin sentyabrnda vurulmuşdu.
 
2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 551 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 2 ilklə də əlamətdar oldu.
 
AZAL-la oyunda hesabı açan Deyvid Sakkoni klub tarixində qol sevinci yaşayan 84-cü oyunçu kimi tarixə düşdü. Ağ-yaşıl formada ilk dubluna imza atan Nildo isə bunu bacaran 37-ci “Xəzər Lənkəran”lı oldu. Bu 37 futbolçu ümumilikdə 68 dəfə 1 oyuna 2 qol vurub.
 
Qeyd edək ki, komanda ötən tur Premyer Liqa oyunlarında yubiley – 400-cü qolunu vurmuşdu. 

Xəbər xətti