Fədakar futbolçu
“Barselona”nın təcrübəli müdafiəçisi Dani Alveş keçmiş komanda yoldaşı Erik Abidala qara ciyərini təklif etdiyini etiraf edib.
Sportal.az xəbər verir ki, bir müddət öncə hazırda “Monako”da top qovan Abidal Alveşin ona ciyərini təklif etdiyini, ancaq razılaşmadığını bildirib. Braziliyalı futbolçu da bu xəbərlərin doğruluğunu təsdiqləyib:
“Bu, şəxsi məsələdi. İstəməzdim ki, bu xəbər ictimaiyyətdə yayılsın. Həqiqətən də Abidala və onu ailəsinə kömək əlimi uzatdım. Əsas insanın sağlamlığıdı. Həyatın təhlükədə olarsa, futbol ikinci plana keçir.
Təbii ki, bu, həm həyatım, həm də karyeram üçün böyük risk idi. Amma Abidal o insanlardandı ki, onun üçün hər şey etməyə hazıram”.
Qeyd edək ki, Abidalın donoru yaxın qohumu olub. “Monako”ya keçidindən sonra isə Alveş onun 22 nömrəli forması ilə çıxış edir.
saytlarin hazirlanmasi