Türk futbolçunun ünvanına xoş sözlər
“Atletiko”nun və Portuqaliya millisinin sabiq futbolçusu Paulu Futre 2017-ci ilə qədər klubla müqaviləsini uzadan Arda Turana təriflər yağdırıb.
Sportal.az xəbər verir ki, İspaniyanın məşhur “Marka” qəzetində çalışan Futre yazılarından birini türk futbolçuya həsr edib. O, “Simeonenin oğlu Arda” başlıqlı yazısında Arda Turanı yerə-göyə sığışdırmayıb. Futre millinin oyunçusu haqqında bu ifadələri işlədib:
“Dieqo Simeonenin gəlişi ilə “Atletiko”da hər şey dəyişdi. Xususilə də Arda Turan üçün. Onun komandası ilə müqaviləsini uzatmağını eşidəndə çox sevindim. O, heyranlıqla izlədiyim oyunçulardan biridi. Bu türk həqiqətən də çox istedadlıdı. Bir futbolçuda lazım olan vacib keyfiyyətlərə malikdi. Top ayağına dəydiyi zaman sanki sehirli bir şeylərin ortaya çıxacağını fikirləşirsən. Oyunun taleyini həll edə biləcək futbolçudu. Simeonenin komandaya gəlişi onun üçün vacib addım oldu. Çünki məşqçi ona atası kimi davranır”.
saytlarin hazirlanmasi