Kardozodan başqa hamı məşqdə iştirak edib
Premyer Liqanın növbəti turunda "Xəzər Lənkəran" klubunu qəbul edəcək "Neftçi" bu oyunun hazırlıqlarına başlayıb.
Superkubokda rəqibinə məğlub olan "ağ-qaralar" yeni mütəxəssislə ilk qələbəsini məhz cənub təmsilçisinə qarşı alıb, həm çempionluq yolunda rahat irəliləmək, həm də superkubokun qisasını almaq, istəyir.
Sportal.az xəbər verir ki, "Neftçi" klubunun bazasında keçirilən məşq prosesində komandanın yaxşı əhval-ruhiyyədə olduğu görünüb. Məşq prossesində yalnız zədəli olan Karlos Kardozo iştirak etməyib.
Xatırladaq ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması noyabrın 2-də keçiriləcək.
saytlarin hazirlanmasi