"Psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı"

17:45 - 30 Oktyabr 2013

Cavid İmamverdiyev: "Fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram"
 
"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev "Simurq"la oyun haqda və azarkeşlərlə arasında yaşanan gərginlik barədə klubun rəsmi saytına açıqlama verib. 
 
Sportal.az xəbər verir ki, paytaxt klubunun hücumçusu fikirlərini belə ifadə edib: 
 
“Simurq” klubu ilə oyunda qələbəyə layiq oyun nümayiş etdirsək də qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu. Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar. Əlbəttə ki, nəticə tələb etmək azarkeşlərin haqqıdır və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə oyun sonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsin ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan “Neftçi” bunun davamını gətirəcək".

Xəbər xətti