"Neftçi" 8 futbolçusundan məhrum olacaq

17:17 - 7 Noyabr 2013

8 futbolçu Makedoniyaya yollanacaq
 
“Neftçi”nin 8 futbolçusu 21 yaşlı futbolçulardan ibarət milli komandanın düşərgəsinə çağırılıb.
 
Sportal.az xəbər verir ki, onlardan Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Araz Abdullayev hazırda “Neftçi”-nin formasını geyinir. Digər futbolçularımız-Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev “Sumqayıt”, Emil Balayev isə "Araz Naxçıvan" klublarında icarə əsasında çıxış edir. Qeyd edək ki, 21 yaşadək yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Makedoniya komandası ilə qarşılaşacaq.
 
 

Xəbər xətti