"Neftçi" didərgin düşdü

00:30 - 15 Noyabr 2013

 

"Ağ-qaralar" hazırlıqlara start verdi
 
Premyer Liqanın 13-cü turunda “Bakı” üzərində qələbə qazanaraq, lider “Qarabağ”la xalları bərabərləşdirən “Neftçi” də məşqlərini bərpa edib.
 
Sportal.az xəbər verir ki, dünəndən etibarən istirahət başa çatan komanda bu gündən kollektiv məşqlərə başlayıb. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, istirahət zamanı heç bir əcnəbi futbolçu vətəninə yollanmayıb. Təbii ki, Özbəkistan millisinə dəvət alan Bahodir Nasimov istisnadır. Onunla yanaşı, əsas millinin düşərgəsində 2, U-21-də isə 5 “Neftçi”li var. Onu da öyrəndik ki, “Neftçi”nin bazasındakı meydançaya toxum səpildiyindən, komanda məşqlərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçir. “Flaqman” hazırlıq dönəmində yoxlama görüşü keçirməyi düşünmür. 

Xəbər xətti