Nasimov heyətə düşə bilmədi
Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığması növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, hücumçunun komandası Asiya çempionatının seçmə mərhələsində Vyetnam yığması ilə qarşılaşıb.
Xanoy şəhərində keçirilən matçda özbəkistanlılar özlərini qonaq kimi aparmayıblar. Nasimovun komandası bu görüşdə 3:0 hesabı ilə qalib gəlib. Lakin “Neftçi”nin futbolçusu bu dəfə yığmasına lazım olmayıb.
Qeyd edək ki, Bahodir yığmaya çağırılan heyətdə yer alıb.
saytlarin hazirlanmasi