Flavinyo "Qarabağ"la matçda oynaya bilər

15:00 - 29 Noyabr 2013

"Neftçi" qərarlarla razı deyil
 
"Neftçi" sabah “Sumqayıt”la keçiriləcək 15-ci tur matçına ciddi itkilərlə çıxacaq. Belə ki, braziliyalı futbolçuları Denis Silva, Flavinyo, həmçinin millimizin üzvü Mahir Şükürov komandaya kömək edə bilməyəcəklər. Buna səbəb Mahirin sarı vərəqə limitini doldurması, Flavinyonun “İnter”lə oyunda qırmızı vərəqə alması, Silvanın isə İntizam Komitəsi tərəfindən cəzalandırılmasıdır. Lakin “flaqman”, xüsusən də, Flavinyonun cəzalandırılması ilə razı deyil. Bakılılar ona verilmiş 2 oyunluq cəzanın artıq olduğunu düşünürlər və bununla bağlı tədbir də görüblər.
 
Sportal.az xəbər verir ki, "Neftçi" Apellyasiya və Ekspert Komitəsinə bununla bağlı müraciət edib və cəzanın azaldılmasını istəyib. Flavinyonun "Sumqayıt"la matçı buraxacağı dəqiqdir. Əgər məhkəmə "Neftçi"ni haqlı görsə, o zaman braziliyalı 16-cı turda "Qarabağ"la qarşılaşmada iştirak edə biləcək. 

Xəbər xətti