"Neftçi" azarkeşinə sahib çıxdı

15:57 - 1 Dekabr 2013

Tahir Süleymanov hadisəyə müdaxilə etdi

 

Dünən Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" "Sumqayıt"la qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, oyunun gedişində "Neftçi" azarkeşini polis saxlayıb. Səbəb isə azarkeşin tüpürcəyinin polisin üzərinə düşməsi olub. Polis azarkeşi bölməyə aparmaq istəsə də, klubun vitse-prezidenti Tahir Süleymanov hadisəyə müdaxilə edib. Süleymanovun müdaxiləsindən sonra azarkeş sərbəst buraxılıb.

Xəbər xətti