"Oyundan əvvəl cütün favoriti sayılırdıq"
"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Azərbaycan kubokunun 1/8 finalında "Kəpəz"lə oyundan (1:0) sonra açıqlama verib.
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis minimal hesabla qalib gəldikləri qarşılaşma haqda bunları deyib:
“Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq, rəqibin Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. “Kəpəz” 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir, bu cür oyunlara ciddi yanaşmaq lazımdır”.
saytlarin hazirlanmasi