"Allah Xəqani Məmmədov başda olmaqla, bütün hakimlərin bəlasını versin"

02:20 - 21 Dekabr 2013

" 5 manata görə şərəfini satanlardan nə gözləyəsən ki?"
 
Premyer Liqanın XVIII turunda səfərdə AZAL-la üz-üzə gələn "Neftçi" 2:1 hesabı ilə məğlub oldu. Qonaq komandanın iki futbolçusunun qırmızı vərəqə alaraq meydandan qovulması "ağ-qaralar"ı özündən çıxardı. 
 
Sportal.az xəbər verir ki, oyunun idarəçiliyindən şikayətlənənlər arasında "Neftçi"nin sabiq rəisi Güloğlan Cabbarov da var. O, "facebook" hesabında bunları yazıb:
 
"Neftçi"nin oyunundan sonra özümə gələ bilmirəm. Allah Xəqani Məmmədov başda olmaqla, bütün hakimlərin bəlasını versin, necə ki, onlar Azərbaycan futbolunun başındadılar. Həmişə belə olacaq. 5 manata görə şərəfini satanlardan nə gözləyəsən ki?".

Xəbər xətti