Sadıq Sadıqov "Neftçi"nin düşərgəsini tərk etdi

16:11 - 21 Yanvar 2014

Prezident artıq Bakıya qayıdıb
 
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən komandasının düşərgəsinə baş çəkib.
 
Sportal.az xəbər verir ki, komandanın hazırlığı və məşqlərin gedişatı ilə yaxından tanış olan klub prezidenti 18 yanvar tarixində keçirilmiş “Neftçi” - “Fənərbaxça” matçını da stadiondan izləyib. 
 
Daha sonra məşqçilər heyəti və futbolçularla görüşən Sadıq Sadıqov onlara öz tövsiyyələrini verib və hazırlıq prosesində uğurlar arzulayıb. Klub prezidenti 20 yanvar tarixində Bakıya qayıdıb.

Xəbər xətti